ELBAY AVTO

Avtomobil Ehtiyat Hissələri və Yağlar

Haqqımızda

Elbay Avtonun avtomobil ehtiyat hissələri satışı ənənəsi 1993-cü ilə təsadüf edir. 1993-cü ildən başlayaraq Tükiyədən və Rusiyadan avtomobil ehtiyat hissələri idxal olunmuş və əsasən topdan olaraq satışı həyata keçirilmişdir. 1998-ci ildən isə Goranboy rayonu Dəliməmmədli şəhərində topdan və pərakəndə mağaza olaraq davam etmiş və sonralar Mursal Motors adlanan mağaza 2025-ci ildən etibarən yeni mağaza şəklində və Elbay Avto (Mursal Motorsun yeganə davamçısı) adı ilə fəaliyyətinə davam etməkdədir.

Əsasən, Rusiya istehsalı avtomobillərin ehitiyat hissələri satışında ixtisaslaşmış Elbay Avto, həmçinin hər növ avtomobilə uyğun yağların və filtrlərin satışını həyata keçirir.